Həndbolçularımız Krasnodarda ilk qələbələrini qazanıblar

Həndbolçularımız Krasnodarda ilk qələbələrini qazanıblar
Azərbaycanın 2002-2003-cü illər təvəllüdlü qızlardan ibarət həndbol yığması Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə ilk qələbəsini qazanıb.

Olimpnews.az saytının məlumatına görə, komandamızın növbəti rəqibi Minskin eyni yaş qrupunu təmsil edən kollektivi olub. Belarus həndbolçuları ilə maraqlı mübarizədən Azərbaycan komandası qalib ayrılıb - 25:21.

Xatırladaq ki, həndbolçularımız beynəlxalq turnir çərçivəsində keçirdikləri əvvəlki oyunlarda eyni yaş qrupundan olan Moskva komandasına 19:27, Krasnodar kollektivinə 24:25 hesabı ilə məğlub olublar. Krasnodar şəhərinin 2002-ci il təvəllüdlü qızlardan ibarət komandası ilə görüşdə isə qalib müəyyənləşməyib - 22:22.

Beynəlxalq yarışa fevralın 12-də yekun vurulacaq.