Sərbəst güləşçilərimiz İrandan 4 medalla qayıdıblar

Sərbəst güləşçilərimiz İrandan 4 medalla qayıdıblar



İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçirilib. 

"Olimpnews.az"ın məlumatına görə, 23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparıblar.

Yığmamızın üzvləri turniri 4 bürünc medalla başa vurublar. Medalları komandamıza Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) qazandırıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.