Pxençxan-2018: Norveç liderliyi ələ keçirdi

Pxençxan-2018: Norveç liderliyi ələ keçirdi
12 fevral
Pxençxan-2018 Qış Olimpiya Oyunlarının dördüncü günündə 7 dəst medal sahibini tapıb. Olimpnews.az saytının məlumatına görə, Almaniya millisi öz hesabına daha bir qızıl, bir gümüş və bir bürünc medal yazdıraraq liderliyini davam etdirib.

Fiqurlu konkisürmə
Sərbəst proqramın yekununda 118,10 xal toplayan Kanada yarışın qalibi adını qazanıb. Olimpiya bayrağı altında çıxış edən rusiyalı cütlük yarışı ikinci, ABŞ təmsilçiləri isə üçüncü pillədə yekunlaşdırıblar.

Biatlon (pursuit)
Kişilər arasında biatlonun 12,5 kilometr məsafəyə pursuit yarışlarında Fransa təmsilçisi Martin Fourkade marşrutu 32 dəqiqə 51 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçli Sebastian Samuelsson yarışı ikinci, Almaniya təmsilçisi Benedikt Doll isə üçüncü pillədə başa vurublar. Biatlonun 10 kilometr məsafəyə pursuit yarışlarında qadınların mübarizəsində Almaniya atleti Laura Dahlmeier 30 dəqiqə 35 saniyə göstərici ilə Olimpiya çempionu olub. Slovakiyalı Anastasiya Kuzmina gümüş, fransalı Anais Beskond isə bürünc medala sahib olublar.

Fristayl (moqul)
Kişilərin mübarizəsində 86,63 xalla Kanada idmançısı Mikael Kinqsbri birinci olub. Avstraliyalı Matt Qraham yarışı ikinci, Yaponiya atleti Daiçi Hara isə üçüncü yerdə tamamlayıblar.

Snoubord (sloupstayl)
Qadınlar arasında snoubord yarışlarının sloupstayl növündə qalib adına 83 xalla ABŞ təmsilçisi Camie Anderson sahib olub. Kanadalı atlet Laura Blouinm gümüş, finlandiyalı Enni Rukajarvi isə bürünc medal əldə ediblər.

Konkisürmə (1500 metr)
Qadınlar arasında 1500 metr məsafəyə konkisürmə yarışlarında hollandiyalı idmançısı İrin Vüst 1 dəqiqə 54 saniyə nəticə ilə Olimpiya çempionu olub. Yaponiya idmançısı Miho Takaqi ikinci, digər Hollandiya təmsilçisi Marrit Linstra isə üçüncü olub.

Xizək (tramplindən tullanma)
Qadınlar arasında xizəklə tramplindən tullanma yarışlarında norveçli Maren Lundbi qızıl, almaniyalı Katarina Althaus gümüş, Yaponiya təmsilçisi Sara Takanaşi bürünc medala sahib olublar.

13 fevral
Pxençxan-2018 Qış Olimpiya Oyunlarının beşinci günündə - fevralın 13-də atletlər 9 dəst medal uğrunda mübarizə aparıblar.

Dağ xizəkçiliyi (slalom)
Dağ xizək yarışlarının slalom növündə 2 dəqiqə 6 saniyə göstərici ilə Avstriya idmançısı Marsel Hirşer Olimpiya çempionu olub. Fransalı xizəkçilər Aleksis Pinturo və Viktor Muffat-Jeandet ilk üçlükdə qərarlaşıblar.

Kerlinq (qarışıq)
Kerlinq üzrə qarışıq cütlüklərin yarışlarının final oyununda Kanada idmançıları İsveçrəni 10:3 hesabı ilə məğlub edərək Olimpiadanın qızıl medalına sahib olublar. Üçüncü yer uğrunda görüşdə isə Olimpiya bayrağı altında çıxış edən rusiyalı idmançılar Norveçə 8:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıblar.

Şort-trek (500 metr)
Qadınlar arasında 500 metr məsafəyə şort-trek yarışlarında İtaliya idmançısı Arianna Fontana 42 saniyəlik nəticə ilə Pxençxan-2018-in qızıl medalına sahib olub. Hollandiyalı Yara Van Kerxof yarışı ikinci, Kanada atleti Kim Boutin isə üçüncü pillədə başa vurublar.

Snoubord (haf-payp)
Qadınlar arasında snoubord yarışlarının haf-payp növündə qalib adına 98,25 xalla ABŞ təmsilçisi Çloe Kim sahib olub. Çinli Jiayu Liu gümüş, digər ABŞ idmançısı Arielle Qold isə bürünc medal əldə edib.

Konkisürmə (1500 metr)
Qadınların 1500 metr məsafəyə konkisürmə yarışlarında Hollandiya idmançısı Kyeld Nuis 1 dəqiqə 44 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Patrik Roest isə gümüş medal əldə edib. Koreya Respublikasından olan Kim Min Seok isə yarışı üçüncü pillədə başa vurub.

Kirşə (fərdi)
Kirşə idman növü üzrə qadınlar arasında fərdi yarışlarda Almaniya təmsilçiləri Natali Qeyzenberger və Dayana Eitberger ilk iki pillədə yer alıblar. Kanadalı Aleks Qof isə üçüncü pillədə qərarlaşıb.

Xizək (sərbəst)
Olimpiadanın beşinci günündə sərbəst xizək yarışlarında iki dəst medal sahibini tapıb. Belə ki, qadınların yarışında isveçli Stina Nilsson birinci, Norveç təmsilçisi Maiken Kaspersen Falla ikinci, Olimpiya bayrağı altında çıxış edən rusiyalı atlet Yuliya Belarukova isə üçüncü olublar. Kişilərin mübarizəsində isə Norveç xizəkçisi Yohannes Hoesflot Klaebo qızıl medal qazanıb. İtaliyalı Federiko Pelleqrino turnirdə gümüş, Rusiya idmançısı Aleksander Bolşunov isə bürünc medalla kifayətlənməli olublar.

14 fevral
Pxençxan-2018 Qış Olimpiya Oyunlarının altıncı günündə 4 dəst medal sahibini tapıb.

Snoubord (haf-payp)
Kişilər
Kişilər arasında snoubord yarışlarının haf-payp növündə qalib adına 97,75 xalla ABŞ təmsilçisi Şaun Vayt sahib olub. Yaponiyalı Ayumu Hirano gümüş, Avstraliya idmançısı Skoti Ceyms isə bürünc medal əldə ediblər.

Kirşə (cütlüklər)
Kirşəsürmə idman növü üzrə kişi cütlüklərin yarışında Almaniya təmsilçiləri Tobias Vendln və Tobias Arlt Pxençxan-2018-in qızıl medalını əldə ediblər. Peter Penz və Georg Fişlerdən ibarət Avstriya cütlüyü yarışı ikinci, digər almaniyalı idmançılar Tini Eggert və Saşa Benecken isə üçüncü pillədə başa vurublar.

Konkisürmə (1000 metr)
Qadınların 1000 metr məsafəyə konkisürmə yarışlarında Hollandiya idmançısı Jorien Ter Mors 1 dəqiqə 13 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər iki pilədə isə Yaponiya atletləri Nao Kodairi və Miho Takaqi yer alıblar.

Xizək (ikinövçülük)
Kişilər arasında xizək ikinövçülüyü üzrə 10 kilometr məsafəyə yarışlarda qızıl medala Almaniya idmançısı sahib olub. Belə ki, marşrutu 24 dəqiqə 51 saniyəyə qət edən Erik Frenzel bütün rəqiblərindən üstün olub. Yaponiyalı Akito Vatabe ikinci, Avstriya təmsilçisi Lukas Klapfer isə üçüncü pillədə qərarlaşıblar.

15 fevral
Pxençxan-2018 Qış Olimpiya Oyunlarının yeddinci günündə atletlər 9 dəst medal uğrunda yarışıblar. Almaniya millisi öz hesabına əlavə iki qızıl və bir bürünc medal yazdıraraq liderliyini möhkəmləndirib. İspaniya snoubord, Sloveniya isə biatlon yarışlarında ilk medalını qazanıb.

Xizək (sərbəst)
Sərbəst xizək üzrə qadınlar arasında 10 kilometr məsafəyə mübarizədə məsafəni 25 dəqiqəyə qət edən norveçli Ragnhild Haqa Pxençxan-2018-in çempionu olub. İsveç təmsilçisi Şarlotte Kallanın gümüş medal qazanıb. Yarışda eyni nəticə göstərdikləri üçün Norveç xizəkçisi Marit Byoergen və finlandiyalı Krista Parmakoski bürünc medala layiq görülüblər.

Konkisürmə (10 min metr)
Kişilərin 10 min metr məsafəyə konkisürmə yarışlarında kanadalı Ted-Yan Bloemen 12 dəqiqə 39 saniyə nəticə ilə Olimpiya rekorduna imza ataraq qızıl medal qazanıb. Digər iki pillədə isə niderlandlı Yorrit Berqsmay və İtaliya atleti Nikola Tumolerom yer alıblar.

Snoubord (kross)
Kişilər arasında snoubord yarışlarının kross növündə qalib adına Fransa təmsilçisi Piyer Vaultier sahib olub. Avstraliya təmsilçisi Jerrid Huqes gümüş, İspaniya idmançısı Regino Hernandez isə bürünc medal əldə ediblər.

Biatlon (fərdi)
Qadınlar (15 km)
Oyunların yeddinci günündə biatlon yarışlarında iki dəst medal sahibini tapıb. Qadınlar arasında 15 kilometr məsafəyə fərdi yarışlarda İsveç idmançısı Anna Oeberq marşrutu 47 dəqiqə 7 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb. Slovakiyalı Anastasiya Kuzmina yarışı ikinci, Almaniya atleti Laura Dahlmeyer isə üçüncü pillədə başa vurublar.

Kişilər (20 km)
Kişilər arasında 20 kilometr məsafəyə fərdi yarışlarda isə norveçli Yohannes Tingnes Boe 48 dəqiqə 3 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sloveniya idmançısı Yakov Fak gümüş, Avstriya təmsilçisi Dominik Landertinger bürünc medala sahib olublar.

Fiqurlu konkisürmə (sərbəst)
Fiqurlu konkisürmə yarışlarının sərbəst proqramında 235,90 xalla Almaniya təmsilçiləri Alyona Savçenko və Bruno Massot Olimpiya çempionu adını qazanıblar. Çinli cütlük Vencinq Sui və Conq Han gümüş, Kanada atletləri Meqan Dunamel və Erik Radford bürünc medal qazanıblar.

Dağ xizəkçiliyi (sürətli eniş)
Pxençxan-2018 Qış Olimpiya Oyunlarında atletlər dağ xizəkçiliyi yarışlarında da iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər arasında sürətli eniş yarışlarında ilk iki pillədə norveçli xizəkçilər Aksel Lund Svindal və Kyetil Cansurd qərarlaşıblar. İsveçrəli atlet Bit Feuz isə yarışı üçüncü pillədə tamamlayıb.

Nəhəng slalom (qadınlar)
Qadınların nəhəng slalom yarışlarında isə ABŞ təmsilçisi Mikaela Şiffrin bütün rəqiblərindən üstün olub. Norveçli Ragnhild Movinkel gümüş, italiyalı Federika Brinyone bürünc medala layiq görülüblər.
Kirşəsürmə idmanı üzrə kişilərin komanda yarışında Almaniya birinci, Kanada ikinci, Avstriya isə üçüncü pillədə yer alıblar.

16 fevral
Pxençxan-2018 Qış Olimpiya Oyunlarının səkkizinci günündə 7 dəst medal sahibini tapıb. Belarus fristayl, Böyük Britaniya isə skeleton yarışlarında ilk medalını qazanıb.

Snoubord (kross)
Qadınlar arasında snoubord yarışlarının kross növündə qalib adına İtaliya təmsilçisi sahib olub. Fransa atleti Culiya Pereira gümüş, Çexiya idmançısı Yeva Samkova isə bürünc medal əldə ediblər.

Konkisürmə (5 min metr)
Qadınların 5 min metr məsafəyə konkisürmə yarışlarında hollandiyalı atlet Esmi Visser 6 dəqiqə 50 saniyə nəticə ilə Pxençxan-2018-in çempionu olub. Digər iki pillədə isə çexiyalı Martina Sanlikova və Olimpiya bayrağı altında çıxış edən rusiyalı Nataliya Voronina yer alıblar.

Xizək (sərbəst)
Sərbəst xizək üzrə kişilər arasında 15 kilometr məsafəyə mübarizədə marşrutu 33 dəqiqə 43 saniyəyə qət edən İsveçrə atleti Dario Koloqna bütün rəqiblərindən üstün olub. Norveç xizəkçisi Simen Heqstad Kruqer gümüş, Rusiya idmançısı Denis Spitsov bürünc medal əldə ediblər.

Skeleton
Skeleton yarışlarında kişilərin mübarizəsində Koreya Respublikasından olan Yun Sunqbin 50 saniyə nəticə ilə birinci pillədə qərarlaşıb. Rusiyalı Nikita Trequbov yarışı ikinci, Dom Parsons (Böyük Britaniya) isə üçüncü yerdə başa vurublar.

Fristayl
Fristayl idman növü üzrə qadınların yarışında Belarus təmsilçisi Anna Huskova 96,14 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlükdə çinli atletlər Sin Janq və Fanyu Konq qərarlaşıblar.

Dağ xizəkçiliyi
Olimpiadada atletlər dağ xizəkçiliyi yarışlarında iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər arasında "Super-G” kateqoriyasında avstriyalı Mattias Mayer 1 dəqiqə 24 saniyə nəticə ilə Olimpiya çempionu adını qazanıb. İsveçrəli Bit Feuz ikinci, Norveç təmsilçisi Kyetil Yansrud isə üçüncü olublar.

Slalom
Qadınlar arasında slalom yarışlarında İsveç xizəkçisi Frida Hansdotter 1 dəqiqə 38 saniyə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrəli Vendi Holdener gümüş, Avstriya xizəkçisi Katarina Qalluber bürünc medal əldə ediblər.

17 fevral
Pxençxan-2018 Qış Olimpiya Oyunlarının doqquzuncu günündə də 9 dəst medal sahibini tapıb. "Ağ Olimpiada”da Polşa ilk medalını xizəklə böyük tramplindən tullanma, Lixtenşteyn isə dağ xizəkçiliyi yarışlarında qazanıb.

Fristayl (slopstayl)
Fristayl idmanının slopstayl növü üzrə qadınların yarışında İsveçrə idmançıları ilk iki pillədə yer alıblar. Sara Hoefflin 91,20 xalla Oyunların qızıl medalına sahib olub. Onun komanda yoldaşı Matilda Qremuad ikinci, Böyük Britaniya təmsilçisi İzabel Atkin üçüncü olublar.

Biatlon (mass-start)
Qadınlar arasında biatlon idman növünün 12,5 kilometr məsafəyə mass-start yarışlarında Slovakiya təmsilçisi Anastasiya Kuzmina məsafəni 35 dəqiqə 23 saniyəyə qət edərək birinci olub. Bu, slovakiyalı idmançının Pxençxan-2018-də üçüncü medalıdır. Belə ki, Anastasiya Kuzmina biatlonun müxtəlif növlərində daha iki gümüş medala sahib olub. Belaruslu Darya Domraçeva yarışı ikinci, Norveç atleti Tiril Eçxoff isə üçüncü pillədə başa vurublar.

Xizək (Sərbəst)
Sərbəst xizəkçilik üzrə qadınlar arasında 5 kilometr məsafəyə estafet yarışlarında marşrutu 51 dəqiqə 24 saniyəyə qət edən Norveç komandası bütün rəqiblərindən üstün olub. İsveç xizəkçiləri ikinci, Olimpiya bayrağı altında çıxış edən rusiyalı atletlər isə üçüncü olublar.

Fiqurlu konkisürmə (sərbəst)
Kişilər arasında fiqurlu konkisürmə yarışlarının sərbəst proqramı üzrə mərhələsinə yekun vurulub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 317,85 xalla yaponiyalı Yuzuru Hanyu Olimpiya çempionu adını qazanıb. Digər Yaponiya təmsilçisi Şoma Uno gümüş, İspaniya təmsilçisi Xavier Fernandez isə bürünc medala sahib olublar.

Dağ xizəkçiliyi ("Super-G”)
Olimpiadada qadınlar arasında dağ xizəkçiliyi yarışlarının "Super-G” kateqoriyasında çexiyalı Ester Ledecka 1 dəqiqə 21 saniyə nəticə ilə Pxençan-2018-in çempionu olub. Avstriyalı Anna Veit ikinci, Lixtenşteyn təmsilçisi Tina Veirazer sə üçüncü yerdə qərarlaşıblar.

Şort-trek
"Ağ Olimpiada”nın doqquzuncu günündə şort-trek yarışlarında iki 2 dəst medal sahibini tapıb. Qadınlar arasında 1500 metr məsafəyə yarışlarda Koreya Respublikasından olan Çoi Minjeong 2 dəqiqə 24 saniyə göstərici ilə Olimpiya çempionu adına sahib olub. Çinli Li Jinyu və Kanada atleti Kim Boutin ilk üçlüyü qapayıblar. Bu, Kim Boutinin Pxençan-2018-də ikinci bürünc medalıdır.

Şort-trek (1000 metr)
Kişilər arasında 1000 metr məsafəyə yarışlarda isə Kanada idmançısı Samuel Girard fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Marşrutu 1 dəqiqə 24 saniyəyə qət etmək kanadalı atlet üçün yetərli olub. ABŞ idmançısı Con-Henri Kruger gümüş, Seo Yira (Koreya Respublikası) bürünc medala layiq görülüblər.

Skeleton
Skeleton yarışlarında qadınların mübarizəsində britaniyalı atlet Lizzi Yarnold 51,46 saniyə nəticə ilə birinci pillədə qərarlaşıb. Almaniyalı Jakueline Loellinger gümüş, digər britaniyalı idmançı Laura Diz bürünc medala sahib olublar.

Xizək (tramplindən tullanma)
Kişilər arasında xizəklə böyük tramplindən tullanma yarışlarında Polşa idmançısı Kamil Stoç birinci olmaqla ölkəsinə ilk medalı qazandırıb. Almaniya xizəkçisi Andreas Vellinger yarışı ikinci, norveçli Robert Cohansson isə üçüncü pillədə tamamlayıblar.

18 fevral
Pxençxan-2018 Qış Olimpiya Oyunlarının onuncu günündə altı dəst medal uğrunda mübarizə aparıblar. Norveç "Ağ Olimpiada”da medal sıralamasında birinci pilləyə yüksəlib.

Biatlon
Kişilər arasında biatlon üzrə 15 kilometr məsafəyə mass-start yarışlarında Fransa təmsilçisi Martin Furkade marşrutu 35 dəqiqə 47 saniyəyə qət edərək birinci olub. Bu, fransalı idmançının Pxençxan-2018-də ikinci medalıdır. Belə ki, Martin Furkade biatlonun pursiut yarışlarında da birinci olub. Almaniyalı Simon Şemp yarışı ikinci, Norveç atleti Emil Heqle Svendsen isə üçüncü pillədə başa vurublar.

Fristayl
Bu növ üzrə yarışlarda 2 dəst medal sahibini tapıb. Slopstayl növü üzrə kişilərin yarışında Norveç təmsilçisi Oystein Braateni 95 xalla Olimpiya çempionu adını qazanıb. ABŞ idmançısı Nik Qoepper ikinci, kanadalı Aleks Beaulieu-Marçand üçüncü olublar.
Kişilər arasında hava akrobatikası yarışında isə Ukrayna atleti Aleksandr Abramenko 128,51 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Ukraynanın Qış Olimpiya Oyunları tarixində üçüncü qızıl medalıdır. Ukraynanın əvvəlki iki qızıl medalı 1994-cü və 2014-cü illərdə keçirilən olimpiadalarda əldə olunub. Çin idmançısı Cia Zonqyanq gümüş, Olimpiya bayrağı altında çıxış edən Rusiya idmançısı İliya Burov isə bürünc medal əldə ediblər.

Konkisürmə
"Ağ Olimpiada”da qadınlar arasında 500 metr məsafəyə konkisürmə yarışlarında yaponiyalı Nao Kodaira 36,94 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Koreya Respublikasından olan atlet Li Sanq-Hva ikinci, Çexiya idmançısı Karolina Yerbanova isə üçüncü pillədə yer alıblar.

Dağ xizəkçiliyi
Pxençxan-2018-də kişilər arasında dağ xizəkçiliyi yarışlarının böyük slalom növündə Avstriya idmançısı Marsel Hirşer 2 dəqiqə 18 saniyə nəticə ilə qızıl medala sahib olub. İlk üçlüyü Norveç təmsilçisi Henrik Kristoffersen və fransalı Aleksis Pinturault qapayıblar.
Sərbəst xizəkçilik üzrə kişilər arasında 10 kilometr məsafəyə estafet yarışlarında marşrutu 1 saat 33 dəqiqə 4 saniyəyə qət edən Norveç komandası bütün rəqiblərindən üstün olub. Rusiya xizəkçiləri ikinci, Fransa atletiləri isə üçüncü olublar.