Almaniya Olimpiya Komitəsinin prezidenti Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı vəzifəsinə keçirilən seçkilərdə iştirak edəcəyini bildirib. Qeyd edək ki, almaniyalı BOK prezidentliyinə namizədliyini verən ilk məsul şəxsdir. Tomaş Bax həm də BOK-un vitse-prezidentidir. O, 1976-cı ildə Monrealda keçirilən XXI Olimpiya Oyunlarında rapiraçıların yarışında qızıl medala layiq görülüb. Qeyd edək ki, BOK-a yeni prezident seçkiləri bu il sentyabrın 10-da Buenos-Ayresdə keçiriləcək. İndiki prezident Jak Roqq bu seçkilərdə iştirak edə bilməyəcək. Çünki onun prezidentlik səlahiyyəti artıq başa çatıb.