Almaniyada 7 medal sevinci

Almaniyada 7 medal sevinci


Almaniyanın Lüdviqşafen şəhərində sərbəst güləş üzrə məktəblilər arasında beynəlxalq turnir keçirilib. 200 nəfər idmançının iştirak etdiyi turnirndə Azərbaycan pəhləvanları da qüvvələrini sınayıblar. Komandamızın heyətində "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin 10 idmançısı mübarizə aparıb. Təmsilçilərimizdən Mehdi Məmmədli (25 kq), Vüsal Nuruzadə (38 kq), Ümüd Əhmədli (51 kq) və Bəhlul Məmmədov (52 kq) birinci yerə layiq görülüblər. Hacı Pənahov (42 kq), Ömər Məmmədov (46 kq) ikinci, Ülvi Ələsgərli (46 kq) isə üçüncü yerə sahib çıxıblar. Yarışda ümumi komanda hesabında birinci yeri Almaniya komandası tutub. Rusiya ikinci, Azərbaycan komandası isə üçüncü olub.
Qeyd edək ki, "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin idmançıları yarışda Əməkdar məşqçi Fəxrəddin Nuriyev və idman ustası Vüsal Axundovun rəhbərliyi altında iştirak ediblər.