Bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən ənənəvi Qran-pri yarışlarının çöxnövçülük proqramında bürünc medal qazanıblar.
"Olimpnews.az"ın məlumatına görə, 16 ölkənin iştirak etdiyi turnirdə Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupun ifa etdiyi kompozisiya (3 top və 2 iplə) onlara 15.050 xal qazandırıb.
Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17.050 xal almağa müvəffəq olublar.
Bununla da, iki hərəkətin yekununda hesabına 32.100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərinə güzəştə gedərək fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.