Nenad Laloviç: “Azərbaycanın Dünya Güləş Birliyində xüsusi yeri var”

Nenad Laloviç: “Azərbaycanın Dünya Güləş Birliyində xüsusi yeri var”




ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında iştirak edən Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç AGF-nin rəsmi saytına müsahibə verib.

Olimpnews.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizin Dünya Güləş Birliyində xüsusi yeri olduğunu deyən Nenad Laloviç, Azərbaycanın güləş yarışlarını hər zaman yüksək təşkilatçılıqla həyata keçirdiyini deyib. Ölkəmizin ev sahibliyi etdiyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-pri turniri, I Avropa Oyunları, Avropa və dünya çempionatlarını xatırladan DGB rəsmisi bu yarışlar haqqında xoş təəssüratlarını bildirib: "Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək səviyyədə təşkilatçılığın şahidi olmuşam. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi digər yarışları da izləyəcəyik. Çünki biz Azərbaycan Güləş Federasiyasının böyük təcrübəyə malik olduğunu bilirik. Azərbaycanın Dünya Güləş Birliyində xüsusi yeri var”
Qədim güləş ənənələrinə sahib olan Azərbaycanın yüksəlişdə olduğunu deyən Nenad Laloviç ölkəmizin dünya güləşində daim yüksək zirvələr fəth edəcəyinə inandığını ifadə edib: "Dünya Kuboku yarışlarında iştirak edən Azərbaycan komandası çox güclüdür və biz Budapeştdə keçiriləcək dünya çempionatında da güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik. Düşünürəm ki, Azərbaycan xalqının güləşçilərə bəclədiyi ümidlər Tokio-2020 Yay Olimpiya Oyunlarında da reallaşacaq”.