Bakıda gimnastika üzrə 26-cı Avropa çempionatına start verilib

Bakıda gimnastika üzrə 26-cı Avropa çempionatına start verilib




Aprelin 12-də Bakıda ilk dəfə batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına start verilib.

Olimpnews.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatın həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən ümumilikdə 400-dən çox atlet mübarizə aparır.
Milli Gimnastika Arenasında dörd gün davam edəcək çempionatda gimnastlar dörd - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut yarışlarında quvvələrini sinayirlar.

Yarışların birinci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və batut gimnastikası üzrə komandalar arasında finallar keçirilir.

Avropa çempionatının əhəmiyyəti odur ki, gənc gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Avropa çempionatina aprelin 15-də yekun vurulacaq.