Bakı batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa Çempionatına yüksək səviyyədə hazırlaşıb.
Olimpnews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman deyib.
Onun sözlərinə görə, yarışların keçiriləcəyi məkan – Milli Gimnastika Arenası bunun üçün çox gözəl hazırlanıb: "Texniki komitənin görüşünün bir hissəsi zalın baxışına, hesablama texnikasının yoxlanılmasına və nəticələrin hazırlanmasına həsr olunmuşdur. Hər şey yüksək səviyyədə hazırlanıb. Yalnız Bakıya qayıdıb, gözəl yarışmanı keçirmək qalıb”, deyə Zeman bildirib.
O, həmçinin qeyd edib ki, hal-hazırda texniki komitənin qarşısında iki əsas vəzifə durur: "Birincisi – yarışmanın səviyyəsi, burada təşkilatçıların təcrübəsi vacibdir. İkincisi – idmanın inkişafı, Olimpiya oyunlarında iştirak etdikləri üçün təkcə böyüklər arasında deyil, həmçinin gənclər üçün, çünki bu onlar üçün bu ilin ikinci yarısında keçiriləcək gənclər arasında Olimpiya oyunları üçün kvalifikasiyadır. Böyüklər üçün Avropa çempionatı Belarusda gələn il keçiriləcək ikinci Avropa Oyunlarına kvalifikasiyadır. Bu deməkdir ki, Bakıda keçiriləcək turnir mötəbər olacaq, bura bir çox ölkələrin ən yaxşı idmançıları gələcək. Bu həmçinin tamaşaçılar üçün də böyük maraqdır”.