Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələlərinə yekun vurulduqdan sonra komandalar arasında final yarışlarına start verilib.
Batut gimnastikası üzrə böyüklərin yarışında Azərbaycan təmsilçisi İlya Qrişunin, Ruslan Ağamirov, qadınların mübarizəsində isə Veronika Zemlyanaya və Svetlana Makştarova qüvvələrini sınyırlar. İkili mini-batut üzrə yeniyetmələrin yarışında oğlanlardan Tofiq Əliyev, qızlardan isə Selcan Maqsudova bacarıqlarını nümayiş etdirirlər.
Avropa çempionatı yeniyetmə gimnastlar üçün 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyüklər üçün isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya verir.
Avropa çempionatına aprelin 15-də yekun vurulacaq.