Yunan-Roma komandasının heyəti açıqlanıb

Yunan-Roma komandasının heyəti açıqlanıb




Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı üçün yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

"Olimpnews.az xəbər verir ki, baş məşqçi Şaban Donat 10 pəhləvanla yarışa çıxacaq.
Beləliklə, Avropa çempionatına Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubov (130 kq) yollanacaq.

Qeyd edək ki, aprel 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, may 1-də isə 60 kq, 67 kq, 72kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək. Medal görüşləri isə müvafiq olaraq, mayın 1 və 2-də olacaq.