Kişi gimnastımız Berlində 2 qızıl medal alıb

Kişi gimnastımız Berlində 2 qızıl medal alıb




Almaniyanın paytaxtı Berlində gənclər arasında idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

Ölkəmizi bu yarışda təmsil edən idman gimnastikası üzrə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb. 
Belə ki, millimizin üzvü Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərdə (12.850 xal) və paralel qollarda (13.250 xal) rəqiblərindən üstün olub.

Səməd Məmmədli turnikdə çıxışına (11.150 xal) görə 4-cü yeri tutub.