Bakı 6-cı dəfə Dünya kuboku yarışlarına ev sahibliyi edəcək

Bakı 6-cı dəfə Dünya kuboku yarışlarına ev sahibliyi edəcək





Sabah Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

"Olimpnews.az" xəbər verir ki, turnirdə 26 ölkədən 127 gimnastın iştirakı gözlənilir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcəklər.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.
Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.
Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy” Kuboku təqdim olunacaq.
Yarışlara aprelin 29-da yekun vurulacaq.