Avropa çempionatında kimlər iştirak edəcək?

Avropa çempionatında kimlər iştirak edəcək?







Aprelin 30-dan mayın 6-a qədər Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

"Olimpnews.az” xəbər verir ki, bununla bağlı Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən sərbəst güləş və qadın güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl AGF-nin 1-ci vitse-prezidenti, yığma komandanın baş məşqçisi Firdovsi Umudov, vitse-prezidentlər Maqomed Aliomarov və Namiq Abdullayev, baş katib Orxan Məmmədovun iştirakı ilə Avropa çempionatına yollanacaq yığmamızın heyəti açıqlanıb.
Sərbəst güləş üzrə komandamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu heyətdə Giorgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtazali Müslimov (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədova (125 kq) yer verib.

Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.
Aprelin 27-də Avropa çempionatında iştirak edəcək qadın güləşçilərin də adları açıqlanıb.

Baş məşqçi Aslan Ağayevin rəhbərlik etdiyi məşqçilər korpusu Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyevaya (76 kq) şans verib.

Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.