Dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıb

Dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıb




Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışları davam edir.

"Olimpnews.az” xəbər verir ki, turnirin ikinci günündə əvvəlcə çoxnövçülük (gürzlər və lentlə hərəkətlər) üzrə fərdi yarışlarda mübarizə aparan gimnastlar qüvvələrini sınayıblar.

Sonra qrup hərəkətləri üzrə çoxnövçülükdə (3 top və 2 ip) yarışlar keçirilib.

Yarışların qalibi adını 40.650 xalla İtaliya komandası qazanıb. 2-ci yeri Bolqariya kollektivi (38.400 xal) tutub. Yaponiya (35.550 xal) isə 3-cü yerdə qərarlaşıb.

Azərbaycan komandası 3 top və 2 lentlə çoxnövçülük yarışlarında 31.800 xalla 7-ci yerlə kifayətlənib.