Yunan-Roma komandamız 3-cü oldu

Yunan-Roma komandamız 3-cü oldu




Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

"Olimpnews.az" xəbər verir ki, qitə çempionatı çərçivəsində yunan-Roma güləşi yarışları başa çatıb. Yığma komandamız çempionatı 5 (1 qızıl, 2 gümüş və 2 bürünc) medalla başa vurub.
Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medala sahib olublar. Bürünc medalları isə yığmamızın aktivinə Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) yazdırıb.
Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa çempionatının bürünc mükafatını qazanıb. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub.
Yarışlara mayın 6-da yekun vurulacaq.