Akademiyada ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib

Akademiyada ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib


Mayın 7-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Olimpiya və dünya çempionları, professor-müəllim və tələbə heyəti iştirak edib.
Xatirə tədbirində Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin uşaq xoru tərəfindən ümummilli liderin sevimli mahnıları ifa olunub. Tədbir iştirakçıları daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.
Yubiley tədbirində iştirak edən dövlət rəsmiləri xüsusi olaraq qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə həm idmana, həm təhsilə münasibət kökündən dəyişib. Ulu öndər tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahat yönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsi olmuşdur.