Formula-1 yarışlarının indiki çempionu Lyuis Hamilton təqvimdə Mayami Qran-prisinin keçirilməsinə zarafatla münasibət bildirib.
"Olimpnews.az"ın məlumatına görə, britaniyalı pilot müəyyən səbəblərdən Florida ştatında keçiriləcək yarışlarda qalib gəlmək şansı az olduğunu deyib.
"Dostum mənə yarış təqvimində Mayami Qran-prisi barədə sms yazmışdı. Həmin an düşündüm ki, mən həmin yarışda qalib gələ bilməyəcəm. Çünki Mayami əyləncəli və nağıllar şəhəridir. Burada dünyanın ən gözəl xanımları yaşayır. Bu xanımların mənim fikrimi yayındıracaqlarından tam əminəm”, - deyə çempion zarafatla bildirib.
Qeyd edək ki, Mayami şəhər şurası Formula-1 yarışlarının 2019-cu ildə burada keçirilməsini təklif edib.