Yeniyetmə pəhləvanlar lisenziya uğrunda yarışırlar

Yeniyetmə pəhləvanlar lisenziya uğrunda yarışırlar





Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

İkinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışırlar. Bu çəkilərdə qızıl medal əldə edənlər Argentinanın Buenos Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Güləşçilərimizdən dördü yarımfinalda mübarizə aparacaq. Əlihəsən Əmirli (48 kq) qarşılaşdığı Moldova və Ermənistan, Turan Bayramov (65 kq) Ukrayna və Ermənistan, Fuad Mayılov (80 kq) Macarıstan və Gürcüstan, İslam Abuyev (110 kq) isə Yunanıstan və Belarus idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal görüşlərini qələbə ilə başa vuran Turan Bayramov, Fuad Mayılov və İslam Abuyev finala yüksəlib.

Əlihəsən Əmirli bürünc medal görüşünə çıxacaq, Əbülfəz Nəsirov isə təsəlliverici görüşə qatılacaq.

Final görüşləri Bakı vaxtı ilə 16 may saat 20:00-da başlayacaq.