Qadın gimnastımız bürünc medal alıb

Qadın gimnastımız bürünc medal alıb




Macarıstanın Kişkunfeledxaza şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

Ölkəmizi yeniyetmələr proqramında təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərlənib. Belə ki, gimnastımız dayaqlı tullanma proqramında 12.450 xal toplayaraq, turnirin bürünc mükafatına layiq görülüb.
Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yeri tutub.