Yeni kitabının təqdimatı keçirilib

Yeni kitabının təqdimatı keçirilib


Mayın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (AzDBTİA) prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Dilqəm Quliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasından bəhs edən kitabın təqdimat mərasimi keçirilib. AzDBTİA-nın akt zalında keçirilən tədbirdə akademiyanın rektoru Fuad Hacıyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, kitabın müəllifi Dilqəm Quliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə başlayıb. Tədbirin aparıcısı Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası”qəzetinin baş redaktoru Murad Fərzəliyev qonaqları salamlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük bir tarixi hadisə olduğunu azərbaycanciliq məfkurəsinin möhkəmlənməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik əsasında tərbiyə olunmasına xidmət göstərdiyuini vurğulayıb. Pofessor Dilqəm Quliyevin yaradıcılığından danışan Murad Fərzəliyev yeni nəşr olunan kitabda bir əsri əhatə edən dövrdə idman və bədən tərbiyəsində qazanılan uğurlardan bəhs olunduğunu bildirib. Tədbirdə çıxış edən Fuad Hacıyev, İsmayıl İsmayılov, Xəzər İsayev Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrə malik olduğunu bildirərək Cümhuriyyətin yaranmasının tarixi bir hadisə olduğunu qeyd ediblər. Natiqlər Dilqəm Quliyevin yeni nəşr olunan kitabının ölkəmizin idman tarixinin öyrənilməsində böyük rol olduğunu vurğulayıblar.

Nəşrin müəllifi Dilqəm Quliyev tədbir iştirakçılarını salamlayaraq, kitabın ərsəyə gəlməsində köməyi olan hər kəsə minnətdarlığını bildirib.