Yığmamızın lideri dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb

Yığmamızın lideri dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb



Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb.
Yenilənmiş təsnifatda iki bənd yüksələn idmançı hazırda 20-ci yerdədir. R.Pevtsovun aktivində 3476,32 xal var. Qeyd edək ki, o, bu il Çenqduda (ÇXR) Dünya Kuboku yarışlarının qızıl medalını qazanıb, habelə Qran-Kanariyada Avropa Kubokunun və Şərm əş-Şeyxdə Afrika açıq çempionatının qalibi olub.
İspaniyalı Mario Mola reytinqdəki liderliyini qoruyub saxlayır, onun ardınca britaniyalı Conatan Braunli və norveçli Kristian Blümmenfeld gəlirlər.