Əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival keçiriləcək

Əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival keçiriləcək


Milli Paralimpiya Komitəsi mətbuat xidmətindən daxil olan məlumata görə, Bakıda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival” keçiriləcək.
Festival Azərbaycan Milli Paralimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 18-19-da Bakı şəhərində təşkil ediləcək. "Əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival»da 8 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail, Belarusiya, Qazaxstan) 26 nəfər idmançı iştrak edəcək.



Mayın 18-də Fəvvarələr meydanında dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə flaş mob keçiriləcək. Festivala mayın 19-da saat 17:00 start veriləcək. Dənizkənarı Milli Parkda (kütləvi tədbirlər üçün ayrılmış meydançada) baş tutacaq əlil idmançıların yarışı saat 19.00-da başa çatacaq. Festivalın sonunda iştrakçılar adından əlil arabasında rəqs idman növünün paralimpiya oyunlarına daxil emək məqsədi ilə Beynəlxalq Paralimpiya Komitəsinə müraciət qəbul olunacaq.