Olimpiya Oyunları tarixində ən uzunmüddətli yarışlar 1900-ci ildə baş tutub. Parisdə keçirilən II Olimpiya Oyunlarının təşkili beynəlxalq sərgiyə təsadüf etdiyindən çox çəkib. Olimpiadaya mayın 14-də start verilib və 5 aya yaxın, oktyabrın 28-dək davam edib.