“Challenge Trophy” yarışına bu gün yekun vurulacaq

“Challenge Trophy” yarışına bu gün yekun vurulacaq


Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən "Challenge Trophy” yarışının "B” qrupunda mübarizə aparan Azərbaycan təmsilçilərinin Lüksemburq həndbolçuları ilə qarşılaşması bərabərliklə yekunlaşıb: 27:27. "KSPC Mejdan”da keçirilən görüşün baş hakimləri macarıstanlı Zsofia Marton və Eszter Szabo olub. Avropa Həndbol Federasiyasını isə rusiyalı Lyudmila Bodniyeva və bolqarıstanlı Rositza Dimkova təmsil edib.
Qrupun digər qarşılaşmasında isə Bosniya və Herseqovina komandası Böyük Britaniya kollektivini 34:20 hesabı ilə məğlub edib.
Bu gün qrup oyunlarına yekun vurulacaq. Azərbaycan millisi sonuncu matçını Böyük Britaniya yığmasına qarşı keçirəcək. Meydan sahibləri isə Lüksemburq təmsilçiləri ilə qarşılaşacaq.
Qeyd edək ki, "A” qrupunun komandaları arasında keçirilən görüşlərdə Estoniya kollektivi Kipr həndbolçularına 34:14, Belçika yığması Moldova millisinə 37:28 hesabı ilə qalib gəlib. Qrupun son oyun günündə Belçika Kipri, Estoniya isə Moldovanı nominal ev sahibi kimi qəbul edəcək.