Həndbolçularımız Moldova komandası ilə qarşılaşacaq

Həndbolçularımız Moldova komandası ilə qarşılaşacaq


Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən "Challenge Trophy” yarışının qrup oyunları yekunlaşıb.
"B" qrupunda mübarizə aparan həndbolçularımız Böyük Britaniya təmsilçiləri ilə qarşılaşıb və 29:28 hesablı ilə məğlub olub.
Bosniya və Herseqovina komandası isə Lüksemburq kollektivini 39:14 hesabı ilə asanlıqla məğlub edib. Bu nəticələrdən sonra keçirdiyi bütün oyunlarda qələbə qazanan Bosniya və Herseqovina həndbolçuları 6 xalla qrup lideridir. Lüksemburq 3 xalla ikinci, Böyük Britaniya isə 2 xalla üçüncüdür. Aktivində bir xal olan Azərbaycan həndbolçuları qrupda sonuncudur.
Qeyd edək ki, "A" qrupunun komandaları arasında keçirilən görüşlərdə Belçika kollektivi Kipr həndbolçularına 27:18, Estoniya yığması Moldova millisinə 33:25 hesabı ilə qalib gəlib. Üç oyunun nəticəsinə görə, 6 xal toplayan Belçika qrupun vahid lideridir. Ondan iki xal geri qalan Estoniya ikinci yerdə qərarlaşıb (4 xal). İlk üçlüyü 2 xalla Moldova tamamlayır. Qrup sonuncusu olan Kiprin aktivində xal yoxdur.
İyunun 2-də qruplarda üçüncü və dördüncü yer tutan komandalar arasında qarşılaşmalar olacaq. Təmsilçilərimiz Moldova komandası, Böyük Britaniya yığması Kipr millisi ilə qarşılaçacaq.. Bununla yanaşı, qruplarda ilk iki yer tutan yığmalar arasında yarımfinal oyunları Belçika - Lüksemburq, Bosniya və Herseqovina – Estoniya arasında keçiriləcək.