Yeniyetmə güləşçilərin Avropa çempionatı keçiriləcək

Yeniyetmə güləşçilərin Avropa çempionatı keçiriləcək





Iyunun 4-10 iyun-da Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaqlar.

Azərbaycan Güləş Federasiyasından "olimpnews.az”-a verilən məlumata görə, çempionatda ilk olaraq yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar. Çempionatda yığma komandanın baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında ölkəmizi Zaur Əliyev (55 kq), Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) təmsil edəcəklər.

Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında mübarizəyə 3 qadın güləşçimiz -Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Səbirə Əliyeva (76 kq) da çıxacaq.

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında çempionata Əfqan Xaşalov (57 kq), Elçin Vəliyev (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Pənah İlyaslı (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.