Dünyanın ən güclü qılıncoynadanları qarşılaşacaq

Dünyanın ən güclü qılıncoynadanları qarşılaşacaq

Qılıncoynatma üzrə iyulun 19-dan 27-dək Çinin Usi şəhərində keçiriləcək dünya çempionatında millimizin də iştirakı nəzərdə tutulub.
Çempionatda qılıncoynatmanın rapira, sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında 12 dəst medal qazanılacaq. İki mindən artıq qılıncoynadanın iştirak edəcəyi yarışa dünyanın titullu idmançılarının qatılacağı gözlənilir.