Mayın 20-dən 23-dək Tbilisi şəhərində idman dırmanması üzrə Gürcüstanın açıq çempionatı keçirilib.
"Olimpnews.az" "Gömrükçü” İdman Klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan yığma komandası bu yarışda 5 idmançı ilə təmsil olunub. Yeniyetmələr arasında çətinlik növü üzrə keçirilən yarışlarda məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun 2 idmançısı qüvvəsini sınayıb. 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında qüvvəsini sınayan Tükəzban Məmmədli gümüş, Ayan Əliyeva isə bürünc medal qazanıb. Qeyd edək ki, yarışda Azərbaycan və Gürcüstan dırmanıcıları ilə yanaşı, İran komandasından ümumilikdə 41 idmançı mübarizə aparıb.
Qeyd edək ki, bu nəticə Azərbaycan komandasının yeniyetmə yaş qrupu üzrə ilk beynelxalq uğurudur.