Turnirin ən məhsuldar oyunçusu Kamila Bayramova olub

 Turnirin ən məhsuldar oyunçusu Kamila Bayramova olub


2000-2001-ci il təvəllüdlü qızlar arasında Bosniya və Herseqovinanın Tuzla şəhərində keçirilən "Challenge Trophy” yarışı başa çatıb.
Finalda Bosniya və Herseqovina həndbolçuları Belçika komandası ilə qarşılaşıblar. 27:26 hesabı ilə qələbə qazanan meydan sahibləri yarışın qızıl medallarına sahib olublar.
Bürünc medal uğrunda keçirilən matçda isə Lüksemburq Estoniyanı minimal hesabla məğlub edib - 22:21.
Beşinci-altıncı yerlər uğrunda qarşılaşmada Moldova Kipri asanlıqla məğlubiyyətə uğradıb - 41:24.
Azərbaycan yığması isə Böyük Britaniya millisindən 28:22 hesabı ilə üstün olaraq turniri yeddinci pillədə başa vurub.
Turnirin ən məhsuldar oyunçusu olan Azərbaycan həndbolçusu Kamila Bayramova rəqib qapılarından 45 top keçirdib.