Full kempo üzrə paytaxt turniri keçirilib

Full kempo üzrə paytaxt turniri keçirilib

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Silahlı Qüvvələr Gününə həsr olunmuş full kempo üzrə açıq paytaxt turniri başa çatıb. 14 klubdan 200-ə yaxın idmançının mübarizə apardığı turnidə "Toğrul İK” komanda hesabında birinci, "Şuşa KN” ikinci, "Lökbatan KN” isə üçüncü olub. Turnirdə qalib gələn idmançılar diplom və medallarla təltif olunublar.