Yeniyetmə qızların “Challenge” yarışlarının qalibləri müəyyənləşib

 Yeniyetmə qızların “Challenge” yarışlarının qalibləri müəyyənləşib

Velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatının ikinci günündə - iyunun 6-da kiçik yaşlı yeniyetmə qızların "Challenge” yarışlarının qalibləri müəyyənləşib. Belə ki, 8 yaşlı idmançıların yarışında Yaponiya təmsilçisi Mana Savada, 9 yaşlıların mübarizəsində Qvadalupe Palasios Palomeque, 10 yaşlıların arasında ABŞ idmançısı Taylor Sprat, 11 yaşlı idmançıların yarışında avstraliyalı Portia Eden, 12 yaşlıların mübarizəsində isə Latviya idmançısı Paula Kibare birinci pilləyə yüksəlib.