Iki ölkə bir bayraq altında çıxış edəcək

Iki ölkə bir bayraq altında çıxış edəcək


Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) cüdo üzrə yığma komandaları bu il Bakıda keçiriləcək dünya çempionatında vahid bayraq altında çıxış edə bilərlər.
Çinin Xux-Xoto şəhərində keçirilən Qran-pri zamanı Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının milli federasiyalarının rəsmiləri müzakirə aparılıb.
Artıq hər iki ölkənin idmançılarının iyunun 9-da Monqolustanın paytaxtı Ulan-Batorda start götürəcək Şərqi Asiya çempionatına vahid komanda şəklində qatılacaqları dəqiqləşib. Bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb.
Yarış zamanı idmançılar vahid bayraq altında çıxış edəcəklər. Himn əvəzinə isə Koreya xalq mahnısı "Ariran” ifa olunacaq. Bakıdakı dünya çempionatı 20 – 27 sentyabrda keçiriləcək