Stefangerdə ardıcıl məğlubiyyət

Stefangerdə ardıcıl məğlubiyyət



Mayın 7-də Norveçin Stefanger şəhərində start götürən şahmat üzrə beynəlxalq turnir davam edir. Qyed edək ki, davirəvi sistem üzrə keçirilən yarışda ölkəmizi qrosmeysterimiz Teymur Rəcəbov (2745) təmsil edir. Şahmatçımız Stefangerdə Maqnus Karlsen (Norveç, 2868), Levon Aronyan (Ermənistan, 2813), Veselin Topalov (Bolqarıstan, 2793), Vişvanatan Anand (Hindistan, 2783), Hikaru Nakamura (ABŞ, 2775), Petr Svidler (Rusiya, 2769), Sergey Karyakin (Rusiya, 2767), Teymur Rəcəbov (Azərbaycan, 2745), Van Hao (Çin, 2743) və Yon Lüdviq Hammer (Norveç, 2608) kimi güclü rəqibləri ilə mübarizə aparır.


7-ci turun nəticələri artıq məlumdur. Bu turda şahmatçımız dünya şahmat tacının sahibi Vişvanatan Anandla üz-üzə gəlib. Bu dueldə şahmatçımız «şah»ını qurban verib. Bu nəticədən sonra Teymur Rəcəbov Van Hao ilə birlikdə hərəyə 2,5 xalla 8-9-cu yerləri bölüşdürür. Siyahıda birinci yeri aktivində 5,5 xalı olan Sergey Karyakin tutur. Qeyd edək ki, növbəti turda Teymur Rəcəbov Hikaru Nakamura ilə üz-üzə gələcək. Xatırladaq ki, yarış mayın 18-də başa çatacaq. Qaydalara görə, əgər turnirdə qalib müəyyənləşməsə, ən çox toplayan şahmatçılar arasında blits üzrə matç-turnir keçiriləcək.

Anar