Mayın 7-dən 15-nə qədər Yunanıstanın Halkidiki şəhərində məktəblilər arasında şahmat üzrə dünya çempionatı keçirilib.
Yarışda 41 ölkədən 550 şahmatçı qələbə uğrunda mübarizə aparıb. 7-17 yaşadək şahmatçıların ayrı-ayrı yaş qrupları üzrə mübarizə apardığı çempionat 9 turdan İsveçrə sistemi ilə keçirilib. Ümumilikdə, 37 şahmatçımızın mübarizə apardığı çempionatda təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.15 yaşlı oğlanlar arasında mübarizə aparan Miradil Zeynallı bütün rəqiblərini qabaqlayaraq 7,5 xalla dünya çempionu adını qazanıb.
Bu yaş qrupunda digər şahmatçılarımız Zaur Bayramov və Şahəli İsmayılov 6 xal toplayaraq 5-6-cı yerləri bölüşdürüblər.17 yaş qızlar arasında Bikəxanım Zamanova aktivinə 6.5 xal yazaraq gümüş medal qazanıb. Aytən Əmrayeva 5,5 xalla 4-cü pillədə qərarlaşıb. 11 yaş oğlanlar arasında mübarizə aparan FİDE ustası Abdulla Qədimbəyli 2-ci yerə layiq görülüb. Ümüd Aslanov isə 7 yaşlı oğlanlar arasında bürünc medala yiyələnib. 9 yaşlı qızlar arasında Mələk İsmayıl mükafatçılar sırasına düşə bilməyib. O, 6.5 xalla 4-cü yerdə qərarlaşıb.
Anar