"Coca-Cola” şirkəti velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatının tərəfdaşı seçilib. Bu tərəfdaşlığa əsasən, "Coca-Cola” BMX üzrə Dünya Çempionatında iştirak edən 43 ölkədən 1 500-dən artıq idmançını su və sərinləşdirici içkilərlə təmin edəcək.