BMX üzrə DÇ-nin yarış proqramında dəyişikliklər edilib

BMX üzrə DÇ-nin yarış proqramında dəyişikliklər edilib

Küləkli hava şəraiti ilə əlaqədar Bakıda velosiped idmanının BMX üzrə dünya çempionatında gənclər və elit kateqoriyasının iyunun 8-də keçirilməli olan təsnifat yürüşləri təxirə salındığından bu günün yarış proqramında müəyyən dəyişikliklər edilib.
Yeni yarış cədvəlinə əsasən, iyunun 9-da saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. İyirmi dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.