“Olimpiya dünyası-2013” beynəlxalq yarışları

“Olimpiya dünyası-2013” beynəlxalq yarışları

Qəzetimizin 2013-cü il üçün şahmat bəstələrinin tərtibi üzrə keçirdiyi beynəlxalq yarışlara göndərilmiş yeni şahmat bəstələrini dərc etməkdə davam edirik. Xatırladaq ki, yarışlar ənənəvi olaraq dörd bölmə (etüdlər, ikigedişli, üçgedişli, çoxgedişli) üzrə keçirilir. Orijinal şahmat bəstələrini guşənin aparıcısı və yarışın təşkilatçısı İlham Əliyevə (Sumqayıt) göndərmək lazımdır. E-mail: [email protected] >. Şahmat bəstələrinin son göndəriş tarixi: 20.10.2013. 2013-cü il üçün yarışların hakimlərini təqdim edirik: += (Etüdlər) - Yuri Bazlov (Rusiya), #2 (İkigedişli) - Pavel Muraşev (Rusiya), #3 (Üçgedişli) - Mike Prcic (ABŞ), #N (çoxgedişli) - Yevgeni Fomiçev (Rusiya).



974. İslam Kazımov (Bakı) 1.Vb6!. 975. Kənan Vəlixanov (İmişli) 1.Ff2! [2.Vxe6+ Şf4 3.Vf5#], 1...Şe4 2.Vxe6+ Şf4 3.Vf5#, 2...Şd3 3.Ve3#, 1...Şd6 2.Fe3 Şd5/e5 3.Vxe6#, 2...e5 3.Af5#. 976. Arieh Qrinblat (İsrail) 1.Vf7! -2.Vxe6+ Te4 3.Fd4# (A), 2...Fe4 3.Td3# (B), 1...Fe4 2.Fd4+ Txd4 3.Vf4#, 1...Te4 2.Td3+ Fxd3 3.Ad1#, 1...e5 2.Vxc4 - 3.Vc5#.
977. Arieh Grinblat (İsrail) 1.Fb5! (2.Fxc4+ (A) Şc6 3.Ab4# (B), 1...e3 2.Ab4+ (B) Şd4 3.Td8# (C), 1...Txc2 2.Td8+ (C) Şe6 3.Fxc4# (A). 978. Aleksandr Tsaplin (Ukrayna, MFS) 1.Td4! 1...Şc1 2.Tb4 b6 (f6) 3.f6 (b6) Şd1 4.Tb1#, 1...Şe1 2.Tf4 b6 (f6) 3.f6 (b6) Şd14.Tf1#, 1...b6 (f6) 2.f6 (b6) Şc1 3.Td4 Şd1 4.Tb1#, 1...f6 (b6) 2.b6 (f6) Şe1 3.Te4 Şd1 4.Tf1#. 979. Vitali Kovalenko (Rusiya) 1.g7+ Şg8 2.g6! Th4+! 3.Şg5! Txh6! 4.f7+! Şxg7 5.f6+ Şh8 6.g7+ Şh7 7.g8V+! Axg8 8.f8A+! Şh8 9.Th7+! Txh7 10.Ag6#.
İ. Əliyev (Sumqayıt)
Beynəlxalq hakim