Velosipedçilərimizin uğurları davam edir

Velosipedçilərimizin uğurları davam edir

Azərbaycanın peşəkar velosiped komandası - "Synergy Baku Cycling Project” beynəlxalq turnirlərdə uğurlu çıxışlarını davam etdirir. Belə ki, komandamızın üzvüləri İrlandiyada keçirilən "An Post Rás 2013” çoxgünlük velosiped yarışlarında və "Tour of İran” turnirində güclərini sınayırlar.
"Tour de Azerbaidjan” yarışı ərəfəsində məşq zamanı zədələnən Kirill Pozdnyakov İrlandiyada keçirilən yarışa qatılaraq turun 4-cü mərhələsini 3 saat 28 dəqiqə 17 saniyə ilə başa vuraraq mərhələnin qalibi olub. Komandamızın digər üzvləri - Konnor Makkonvi 3 saat 28 dəqiqə 45 saniyə ilə 7-ci, Con Ebsen 3 saat 30 dəqiqə 24 saniyə ilə 24-cü, Riko Rodcers 3 saat 32 dəqiqə 16 saniyə ilə 38-ci, Kristof Şvayser 3 saat 52 dəqiqə 27 saniyə ilə yarışı 96-cı yerdə başa vurublar. Velosipedçimiz Konnor Makkonvi əvvəlki mərhələdə göstərdiyi nəticələrin cəmi üzrə ümumi hesabda 13 saat 5 dəqiqə 29 saniyə nəticə ilə 2-ci yerdə qararlaşıb. Hazırda yarışın nəticələrinə görə, sprint hesabında Riko Rodcers 21 xalla 5-ci, Konnor Makkonvi 19 xalla 8-ci, Kirill Pozdnyakov 15 xalla 13-cü yerləri tuturlar.
Dağ mərhələsi üzrə Con Ebsen 13 xalla 6-cı, Kirill Pozdnyakov 13 xalla 7-ci, Konnor Makkonvi 6 xalla 12-ci yerlərdə qərarlaşıblar.
Mayın 19-26-da İrlandiyada keçirilən "An Post Rás 2013” çoxgünlük velosiped yarışları 8 mərhələdən ibarət olmaqla Beynəlxalq Velosipedçilər İttifaqının Avropa turunun 2.2 kateqoriyasına daxildir.
Turnirdə ölkəmizi "Synergy Baku” komandası beş idmançı ilə Konnor Makkonvi, Kristof Şvayser, Riko Rodjers, Con Ebsen və Kril Poznyakov təmsil edir.
Mayın 18-də İranda start gütürən "Tour of İran” yarışın ilk mərhələsinin qalibi də Azərbaycan velosipedçisi Elcin Əsədov olub. Elçin Əsədov elə ilk mərhələdə (Təbriz-Marağa 128 km) bütün rəqiblərini üstələyərək finiş xəttinə birinci çatıb. O, eyni zamanda sprint və dağ mərhələsi üzrə keçirilən yarışlarda da qalib adını qazanıb. Məlumat üçün qeyd edək ki, İranda keçirilən turnir 6 mərhələdən ibarətdir və Beynəlxalq Asiya Velosipedçilər İttifaqının 2.2 kateqoriyasına daxildir. "Tour of İran” turnirində ölkəmizin idman şərəfini yığma komandanın üzvləri Aqşin İsmayılov, Məhəmməd Ələkbərov, Ayxan İltifatlı, Tural İsgəndərov və Elçin Əsədov təmsil edir. Tura mayın 28-də yekun vurulacaq.