Rusiyanın Tümen şəhərində keçirilən cüdo üzrə "World Masters” turniri başa çatıb. Yarışda 7 idmançı ilə təmsil olunan yığma komandamız 1 qızıl və 1 bürünc medal qazanıb.
100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov isə yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız medal qazana bilməmişdilər. Belə ki, Peter Zayzenbaherin rəhbərliyi altında çıxış edən idmançılarımızdan İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şıxalizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq) və Şahin Qəhrəmanov (90 kq) Tümendə medal qazanan idmançıların sırasına düşə bilməyiblər.
Bu yarışda, Azərbaycan komanda hesabında 41 ölkə arasında 7-ci olub.