İyunun 5-11-dək Rusiyanın Xanti-Mansiysk şəhərində şahmatın rapid və blits növləri üzrə Avropa çempionatı keçiriləcəkdir. Yarışda Azərbaycanı dörd zəka sahibi təmsil edəcək. Komandanın heyətində qrossmeysterlər Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli yer alıblar.