Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə komandalar arasında keçirilən Avropa çempionatında təmsilçilərimiz beşinci yeri tutub.
Qeyd edək ki, sentyabr ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı milli komandanın aparıcı üzvləri bu turnirdə iştirak etməyiblər.