Cüdoçularımız Çexiyada 8 medal qazandılar

Cüdoçularımız Çexiyada 8 medal qazandılar

Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçuların Avropa Kuboku yarışında təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Rövşən Əliyev (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) Avropa Kubokunun gümüş medallarına yiyələniblər. Tofiq Məmmədov (60 kq), Nurlan Osmanov (66 kq), Ramilə Əliyeva (44 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.