PSJ-nin baş məşqçisi Tomas Tuhel Edinson Kavaninin Paris klubundan ayrılacağı iddialarına münasibət bildirib.
"Olimpnews.az”ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, uruqvaylı hücumçunun belə bir fikrinin olmadığını deyib: "Kavani PSJ-də qalmaq niyyətindədir. Mən onunla danışmışam və bu məsələni müzakirə etmişik. Edinson klubunu dəyişməyi düşünmür".
Qeyd edək ki, E.Kavani ilə "Real"ın maraqlandığı iddia olunur.