"Qarabağ" BATE komandası ilə qarşılaşacaq

"Qarabağ" BATE komandası ilə qarşılaşacaq


Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib. Belə ki, "Qarabağ" pley-off uğrunda yarışda Belarusun BATE komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.