Super Kubok oyununun hakimləri

Super Kubok oyununun hakimləri


UEFA Super Kuboku uğrunda İspaniyanın "Real Madrid” və "Atletiko Madrid” komandaları arasındakı keçiriləcək matçı idarə edəcək hakimlər məlum olub.
Belə ki, qarşılaşmanın baş hakimi Polşa Futbol Federasiyasının təmsilçisi Szimon Marçiniak olacaq.
2017-2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan "Real Madrid” ilə UEFA Avropa Liqasının çempionu "Atletiko Madrid” arasındakı görüş avqustun 15-də Estoniyanın paytaxtı Tallindəki "Lillekula” stadionunda keçiriləcək.
Oyunda baş hakimə həmyerliləri Pavel Sokolniki və Tomas Listkievicz kömək edəcəklər.