Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması, toplanış çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirərək 3:2 hesabı ilə məğlub olub. Oyunla bağlı yığmanın baş məşqçisi Ramin Quliyev fikirlərini bildirib: "Belarus yığması ilə oyun oyunçularımızın beynəlxalq təcrübəsini artırmaq üçün çox yaxşı fürsət idi. Pis mübarizə aparmadıq, yetərincə qol imkanlarımız oldu. Müdafiə xəttində problemlərimiz var. Müdafiəçilərimiz sadə oyun epizodunda 3 dəfə 11 metrlik cərimə zərbəsi ilə yekunlaşan səhvə yol verdi. İlk növbətə müdafə xəttini gücləndirmək barədə düşünməliyik”.