"Qarabağ" klubunun Çempionlar Liqasında BATE (Belarus) ilə keçirəcəyi 3-cü təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb. Belə ki, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
7 avqust
21:00 "Qarabağ" – BATE
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: AndreasEkberq
Yanxətthakimləri: Mehmet Kulum, Stefan Hallberq
Dördüncü hakim: Kristoffer Karlsson (hamısı İsveç)
Hakim-inspektor: Robert Sedlaçek (Avstriya)
UEFA nümayəndəsi: Ozas Abrayev (Qazaxıstan)