Braziliya yğımasının futbolçusu Neymar DÇ-2018-də rəqiblər tərəfindən qaydaların pozulmasından sonra göstərdiyi reaksiyaya görə ünvanına səsləndirilən tənqidləri qəbul edib.
Futbolçu bunu sponsorla birgə hazırlanan videoçarxda etiraf edib. "Gillette Brasil” kanalında yerləşdirilən videoda Neymar deyib: "Siz düşünə bilərsiniz ki, mən şişirdirəm. Bəzən, mən həqiqətən belə edirəm. Amma həqiqət ondadır ki, meydanda ağırlıq hiss edirəm. Sizin tənqidinizi qəbul etmək, kənardan özümü görmək və başqa insan olmaq üçün mənə zaman lazım idi”.
Fransanın PSJ klubunun oyunçusu olan Neymar Braziliya yığmasının tərkibində dünya çempionatının1/4 finalına kimi irəliləyə bilib. Bu mərhələdə isə komanda belçikalılara 1:2 hesabı ilə məğlub olub.