Rəşad Sadıqov: " Səfər matçında daha üstün və aqressiv olmalıyıq"

Rəşad Sadıqov: " Səfər matçında daha üstün və aqressiv olmalıyıq"


"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmasında Belarusun BATE komandasına uduzduqları (0:1) oyunla bağlı fikrini bildirib: "İlk 15-20 dəqiqədə oyunumuz alınmadı. Hər iki komanda səhv buraxmaq istəmirdi. Yeganə səhv buraxdıq, rəqib də bundan istifadə etdi. Mənim üçün çox üzücü oldu, çünki səhvə yol verdim Amma hesabda geri düşdükdən sonra hücuma atıldıq. İkinci hissəni çox yaxşı keçirdik. Bəzi epizodlarda rəqib qapıçı yaxşı oynadı. Amma son nöqtəni qoya bilmirdik. Səfər matçında daha üstün və aqressiv olmalıyıq. Bakıdakı oyun Borisovda kifayət etməyə bilər ”.